Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması, Naxçıvan Dövlət Universiteti və AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir.
"Sizinxeber.az"un Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Qərbi Azərbaycanla bağlı təşkil olunmuş sərgiyə baxış keçirilib.
Konfransın plenar iclası Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edib.
Qeyd edək ki, konfrans öz işini günün ikinci yarısında 5 bölmə iclası üzrə davam etdirəcək, bölmə iclaslarında ümumilikdə 61 elmi məruzə təqdim olunacaq.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilir
AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifələrindən azad edilib
Xaçmazda “Qərbi Azərbaycan – Yurd yerimiz” elmi-praktik konfrans və festivalı keçiriləcək
Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu keçirilib
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













