Nazir müavini: Cəbrayıl, Laçın, Kəlbəcər və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb
sizinxeber.az xəbər saytı

Nazir müavini: Cəbrayıl, Laçın, Kəlbəcər və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb


Cəbrayıl, Laçın, Kəlbəcər rayonları və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur:

"Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb".

Oxşar xəbərlər

Nazir müavini: Cəbrayıl, Laçın və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb
İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqlar salınacaq
İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq
Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir
Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər