Nazir müavini: Cəbrayıl, Laçın və Murovdağ istiqamətinə müxtəlif heyvanlar buraxılıb
Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.
"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur.
"Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb", - nazir müavini əlavə edib.
Oxşar xəbərlər
İlin sonuna Cəbrayıl və Füzuli rayonlarında yaşıllıqlar salınacaq
Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir
Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir
Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb
Naxçıvanda 40 kəklik, 15 turac təbiətə buraxılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
