Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.
"Report" xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olan qüvvələr tərəfindən əsassız məlumatların yayılması davam edir:
"Bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər. Əsassız məlumatlarla bağlı bütün səs-küyü bir kənara qoysaq, sülh sazişinin yekun razılaşdırılmış mətninin artıq hazır olduğunu təsdiqləyə bilərik. Hazırda Pakistan sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir".
Ş.Şərif həmçinin yaxın vaxtlarda razılığın əldə olunacağına inandığını bildirib:
"Sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı".
Oxşar xəbərlər
Şahbaz Şərif: ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib
Şahbaz Şərif: Pakistan İran-ABŞ danışıqlarına ev sahibliyi etməyə hazırdır
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
Şahbaz Şərif Yaxın Şərqdəki münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb
Pakistan İranla razılaşma üçün Trampdan vaxt istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
