

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq
Xəzər dənizində suyun səviyyəsinin azalması ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılır.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (“Roshidromet”) rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində bildirib.
"İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun modellərinə əsaslanan proqnozlar göstərir ki, qlobal iqlim dəyişikliyi tendensiyaları davam edəcək. Bu o deməkdir ki, Xəzəryanı regionda növbəti 10-15 ildə ətraf mühitin təbii dəyişiklikləri hava temperaturunun artması, çay axınının azalması və müvafiq olaraq Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi fonunda baş verəcək", - o qeyd edib.
İ.Şumakovun sözlərinə görə, son illərdə tədqiqatçılar Xəzərin su səthində suyun temperaturunun artmasını və buxarlanmanın çoxalmasını qeydə alırlar. O, Xəzər dənizinin səviyyəsinin azalması dövründə uyğunlaşma tədbirləri kompleksinin qəbul edilməsinin zəruriliyini bildirib. İ.Şumakov Xəzərin qorunması üzrə tədbirlərin həyata keçirilməsində bütün Xəzəryanı dövlətlərin fəal işinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Alim-okeanoloq: Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi balıqçılıq üçün fəlakət deməkdir
Vladimir Qrebnev: Qlobal istiləşmə Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir
ASCO: Xəzərin səviyyəsinin azalması Bakı-Kurık və Bakı-Türkmənbaşı bərələrinə təsir edir
Roland Prays: Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir
Professor-okeanoloq: COP29 Xəzərin problemlərinin müzakirəsi üçün mühüm platforma olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
