Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2026
23:00
0
0
1 124
ff

Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi müzakirə edilib

24 apr, 2026
23:00
1 124

Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi müzakirə edilib

Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi imkanlarını müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanı Prezidentin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev "X" sosial media hesabında paylaşım edib.

O, Astanada keçirilən Regional Ekoloji Sammit - 2026 (RES 2026) çərçivəsində Yaşıl İqlim Fondunun Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq üzrə direktoru Tomas Eriksson ilə görüşdüyünü bildirib.

"Azərbaycanın Yaşıl İqlim Fondu ilə davam edən qarşılıqlı fəaliyyətini və əməkdaşlığı daha da gücləndirmək imkanlarını müzakirə etdik", - M. Babayev qeyd edib.

Xüsusi nümayəndənin sözlərinə görə, T. Eriksson ilə iqlim maliyyəsi, o cümlədən fondun resurslarına çıxışın genişləndirilməsi, eləcə də təsirlərin azaldılması və uyğunlaşma prioritetlərinin həyata keçirilməsinin dəstəklənməsi barədə fikir mübadiləsi aparıb.

"İqlim maliyyəsinin artırılması əsas məsələ olaraq qalır. COP29-un və Yeni Kollektiv Kəmiyyət Hədəfinin nəticələrinə əsaslanaraq 1,5°C hədəfini əlçatan saxlamaq üçün davamlı və proqnozlaşdırıla bilən maliyyə axınları mühüm əhəmiyyət kəsb edəcək", - M. Babayev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×