Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə
sizinxeber.az xəbər saytı

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə


Prezidenti iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regeional Ekoloji Sammit (RES 2026) çərçivəsində Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə görüşüb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə M.Babayev X hesabında yazıb.

"Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə konstruktiv fikir mübadiləsi apardıq", - o bildirib.

M.Babayev əlavə edib ki, COP31 ərəfəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və iqlim prosesləri üzrə perspektivlər müzakirə olunub:

"Serbiyanın qarşıdan gələn 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi bu qlobal məqamın davamlı əhəmiyyətini əks etdirir. Bu ilin iyununda Azərbaycanda keçiriləcək WED2026 (BMT-nin Ətraf Mühit Proqramının təşkil etdiyi Ümumdünya Ətraf Mühit Günü), ev sahibi ölkələr arasında davamlılıq və ortaq təcrübənin artıq formalaşması ilə təbii bir əlaqə nöqtəsi təqdim edir".

Oxşar xəbərlər

Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib
Muxtar Babayev BƏƏ-nin naziri ilə COP29-un nəticələrini müzakirə edib
Ümumdünya Ətraf Mühit Günü Samur-Yalama Milli Parkında qeyd olunub
Azərbaycanla Pakistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər