BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb
Bakı Enerji Həftəsində Azərbaycan üçün 7-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə yol xəritəsinin rəsmi olaraq işə salınması baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbananın Bakı Enerji Həftəsinə videomüraciətində qeyd etdiyi kimi, bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin təşviqi və Azərbaycanın "yaşıl enerji" üzrə regional hab kimi rolunun gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.
"Mərkəzi Asiya bərpa olunan enerji, o cümlədən günəş, külək və hidroenergetika üzrə əhəmiyyətli resurslara malikdir, həmçinin əsas enerji bazarlarının kəsişməsində strateji coğrafi mövqe tutur", - o bildirib və əlavə edib ki, regionda enerji transformasiyasını sürətləndirmək üçün bərpa olunan enerji mənbələri layihələrinə qoyulan investisiyaların (vəsaitlərin) həcmini artırmaq, elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsini həyata keçirmək, özəl kapitalın cəlb edilməsi üçün əlverişli mühit formalaşdırmaq və transsərhəd elektrik enerjisi mübadiləsini genişləndirmək lazımdır.
"Bu kontekstdə Azərbaycan "yaşıl energetika" üzrə regional mərkəz kimi öz mövqelərini gücləndirir", - S. Alisjahbana vurğulayıb.
Oxşar xəbərlər
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
İnmin Yan: "PAGI 2035-ci ilədək Asiya-Sakit okean regionunda 20 QVt-a qədər "yaşıl güc" təmin edəcək"
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

