Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar xəbərlər
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













