Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 13 dekabr 2024-cü il tarixində Kürdəmir rayonunda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək.
Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 12 dekabr tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 20-274-13-10, +994 20-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar xəbərlər
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Sahil Babayev Qax rayonunda vətəndaşları qəbul edəcək
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
