Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək


Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 25-də Neftçala rayonunda Neftçala, Salyan, Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Bu barədə APA-ya Ədliyyə nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 24 oktyabr tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Oxşar xəbərlər

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər