Ədliyyə naziri Astarada vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Ədliyyə naziri Astarada vətəndaşları qəbul edəcək


Ədliyyə naziri Fərid Əhmədov yanvarın 17-də Astara rayonunda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərini qəbul edəcək.

Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 16 yanvar tarixinədək Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 25-255-44-91) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Oxşar xəbərlər

Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər