Tramp israilli girovların azad edilməsinin gözlənilməsini alqışlayıb
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bu gün üç israilli girovun azad edilməsinin gözlənilməsini alqışlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, Donald Tramp bununla bağlı “Truth Social”-da paylaşım edib.
“Girovlar bu gün çıxmağa başlayacaqlar! Birincilər üç gözəl gənc qadın olacaq”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.
HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.
Oxşar xəbərlər
HAMAS-ın 3 israilli girovu azad edəcəyi vaxt açıqlanıb
HAMAS İsrailin azadlığa buraxmalı olduğu 90 fələstinli məhbusun siyahısını gözlədiyini bəyan edib
Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər ölüb, 36 nəfər yaralanıb
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1
İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbələr endirilməsi davam edəcək - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













