HAMAS İsrailin azadlığa buraxmalı olduğu 90 fələstinli məhbusun siyahısını gözlədiyini bəyan edib
sizinxeber.az xəbər saytı

HAMAS İsrailin azadlığa buraxmalı olduğu 90 fələstinli məhbusun siyahısını gözlədiyini bəyan edib


HAMAS Qəzzada atəşkəsə dair razılaşma çərçivəsində İsrailin bu gün azad etməli olduğu 90 məhkumun siyahısını gözləyir.

APA-nın xəbərinə görə, bu barədə HAMAS-ın yaydığı bəyanatda bildirilib.

Bəyanatda nəzərə çatdırılıb ki, razılaşmaya əsasən, azadlığa buraxılacaq bir israilli girovun müqabilində 30 fələstinli azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

HAMAS-ın 3 israilli girovu azad edəcəyi vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər ölüb, 36 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbələr endirilməsi davam edəcək - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib - YENİLƏNİB-8 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər