Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Priyev İsmət Medal oğlunun qalıqları dəfn olunub.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, şəhidin qalıqları Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Priyev İsmət Medal oğlu 1975-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. İsmət Priyev 29 aprel 1993-cü ildə hərbi xidmətə yola düşüb. 1 yanvar 1994-cü ildə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Onun Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən olunub. Şəhidin nəşinin qalıqları bu gün Göyçay rayonunun Çərəkə kəndinə gətirilib və evində vida mərasimi keçirilib.
Oxşar xəbərlər
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi bilinən iki şəhid dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Ələkbər Babayevin qalıqları dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Səfərəli Səfərovun qalıqları dəfn edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












