Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Yarıyev Qənbər Teymur oğlunun nəşinin qalıqları Salyanda ailəsinə təhvil verilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyəti, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-ci ildə Salyanda doğulub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib və kimliyi müəyyən olunub.
Oxşar xəbərlər
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi bilinən iki şəhid dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Surxay Məmmədovun qalıqları dəfn edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki il əvvəl Laçında itkin düşmüş hərbçi Fərid Məmmədov Quzanlı Şəhidlər xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












