Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1500 nəfəri əhatə edən ixtisasartırma təlimlərinə başlayıb
Azərbaycan Müəllim İnkişafı Mərkəzi Azərbaycan Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində yerli müəllimlər üçün ixtisasartırma təlimlərinə başlamılıb.
Avropa Azərbaycan Məktəbindən Sizinxeber.az-ya verilən xəbərə görə, bu ilki təlimlər iki mövzunu əhatə edəcəkdir: “ İngilis dili üzrə Təhsilverənlərin tədris prosesində rəqəmsal texnologiyalardan səmərəli istifadəsi” və “Dərsin Planlaşdırılması”. Hər bir təlimin ayrılıqda ümumi müddəti 24 akademik saat təşkil edir.
Təlimlərə Bakı şəhəri , Abşeron-Xızı, Mil-Muğan, Dağlıq Şirvan, Mərkəzi-Aran və Lənkəran-Astara regionları ümumilikdə 1500 yerli müəllim cəlb olunacaqdır.
Təlimçi qismində təlimlərə Avropa Azərbaycan Məktəbinin 30-a yaxın yüksək ixtisaslı müəllimi cəlb olunub.
Təlimlər cari ilin sentyabr ayının sonunadək davam edəcəkdir. Təlimlərin sonunda təlimdə iştirak edən müəllimlər qiymətləndirməyə cəlb olunacaq və təlimi uğurla başa vuran müəllimlərə müvafiq qaydada ikili rəsmi Sertifikatlar təqdim olunacaq.
Oxşar xəbərlər
Cambridge CELTA kursunu uğurla bitirən müəllimlərə beynəlxalq sertifikatlar təqdim olunub
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkil etdiyi növbəti proqram uğurla başa çatıb - FOTO
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
