Cambridge CELTA kursunu uğurla bitirən müəllimlərə beynəlxalq sertifikatlar təqdim olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
sen
2024
15:00

Cambridge CELTA kursunu uğurla bitirən müəllimlərə beynəlxalq sertifikatlar təqdim olunub

02 sen, 2024
15:00
681

Cambridge CELTA kursunu uğurla bitirən müəllimlərə beynəlxalq sertifikatlar təqdim olunub

Avqustun 30-da Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Cambridge Assessment English təşkilatı ilə birgə 2024-cü ilin iyul ayında təşkil etdiyi CELTA kursunu uğurla tamamlayan bir qrup yerli ingilis dili müəlliminə Cambridge beynəlxalq sertifikatları təqdim olunub.

APA xəbər verir ki, ilk dəfə olaraq kursda maksimum mümkün sayda yəni 24 müəllim iştirak etmişdir ki, buda ölkəmizdə ingilis dili tədrisi sahəsində beynəlxalq təcrübəyə əsaslanan təhsil proqramlarına marağın artığını nümayiş edir.

Təlim proqramı Cambridge Assessment English ixtisaslaşmış mütəxəssisləri Ganna Basarab, Marina Hayduçenko, Tamta Mşvidobadze, və Ancela Konti tərəfindən keçirilmişdir.
CELTA kvalifikasiyası müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Cambridge English-də özünəməxsus statusa malik, dünya miqyasında istənilən və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır.

CELTA proqramı müəllimləri öyrənənləri və öyrədənləri anlamada yönləndirən və tədris və öyrənmə kontekstini rəhbər tutan; dil təhlili və məlumatlandırılması; dil bilikləri: dinləmə, danışma və yazma; müxtəlif tədris kontekstləri üçün planlaşdırma və resurslar, tədrisdə bacarıq və peşəkarlığı inkişaf etdirən 120 saatlıq təlim kursudur.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin rəhbəri cənab Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik edərək, onlara gələcək peşəkar fəaliyyətlərində yeni uğurlar arzuladı. O bildirdi ki, bu kimi kurslar vasitəsilə müəllimlər özlərini inkişaf etdirir, daha sonra əldə etdikləri bilik və bacarıqları tədris zamanı istifadə edirlər.

Gələcəkdə CELTA təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə e-mail - [email protected] və ya 012 599 1967 və 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın