ETSN kollektivi peşə bayramını qeyd edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar nazirliyin kollektivi Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Bu barədə "Sizinxeber.az"a ETSN-dən məlumat verilib.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra Hərbi Memorial Məzarlıqda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Eyni zamanda, Nazirliyin rəsmilərinin və əməkdaşlarının iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
Oxşar xəbərlər
XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
