"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
10:30
ff aaaaaaa

"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

23 may, 2026
10:30
995

"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 22-də, saat 12:00-da "Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyinə kənar auditor tərəfindən yoxlanılmış 2025-ci ilin maliyyə hesabatlarının və ötən ilin idarəetmə hesabatlarının təsdiqi məsələləri daxildir.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul