Muxtar Babayev: Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib
Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan tərəfindən təklif edilib.
Sizinxeber.az xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) prezidenti Muxtar Babayevin jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycan COP29-a hazırlıq işlərini davam etdirir: “Həm danışıqlar, həm də forumun keçirilməsi ilə bağlı lazımi işlər təşkil edilir. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması Azərbaycan COP29 komandasının təşəbbüsü ilə yaradılıb. İnanıram ki, bu çox ciddi məsələlərin müzakirəsi üçün önəmli rol oynayacaq".
Muxtar Babayev əlavə edib ki, Azərbaycan Şəffaflıq sənədinin hazırlanmasında digər ölkələrə kömək edəcək. Əsas məqsəd ölkələrə dəstəyin verilməsi və iqlim hesabatlarının hətta COP29-dan əvvəl təqdim edilməsini təmin etməkdir: “İqlim dəyişikliyi hesabatının - şəffaflıq sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır”.
Oxşar xəbərlər
Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır
Muxtar Babayev: COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













