Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: Bu gün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması fəaliyyətə başlayır


İqlim hesabatlılığında şəffaflığı təmin etmək üçün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır.

Sizinxeber.az xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O bildirib ki, bütün proseslər şəffaf aparılmalıdır: "Tərəflər dekabr ayına qədər iqlim dəyişikliyi ilə bağlı hesabatı təqdim etməlidir. Bu gün bu hesabatların uğurlu şəkildə təqdim edilməsi üçün platforma hazırlamışıq. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır.
Bizim əsas məqsədimiz tərəflər arasında daha güclü münasibətləri, kommunikasiyanı təmin etməkdir. Şəffaflıq və əməkdaşlıq hədəflərimiz sırasındadır", - o qeyd edib.

Oxşar xəbərlər

UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik
Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər