UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Dövlətləri iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırırıq.
Sizinxeber.az xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) deyib.
O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır, Paris Sazişinin əsas tələblərindən biri də budur: "Ölkələri iki illik iqlim dəyişmələri hesabatını təqdim etməyə dəvət edirik. BMT hər zaman bu istiqamətdə istənilən dövlətə kömək etməyə hazırdır. Bu iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir. Bakı COP29- a uğurlar arzulayıram. Bu, Azərbaycan üçün də çox yaxşı, əvəzolunmaz fürsətdir. Daha yaxşı iqlim üçün bu fürsətdən istifadə etmənizi arzulayıram".
Oxşar xəbərlər
Muxtar Babayev: COP29-da fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
