YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
sizinxeber.az xəbər saytı

YUNESKO sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir


YUNESKO-nun direktoru Xalid əl-Ənani Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və əməkdaşlıq müzakirə edilib.

"Sizinxeber.az" xəbər verir ki, əl-Ənani bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşməyimə şadam", - o bildirib.

Görüşdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib: "O cümlədən mədəniyyətlərarası dialoqun, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində mədəniyyətin rolunu müzakirə etdik.

YUNESKO insanların rifahı naminə mədəniyyətin, dialoqun və sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir".

Oxşar xəbərlər

YUNESKO-nun Baş Qərargahında Azərbaycanın milli rəqsi təqdim olunub – YENİLƏNİB
Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək
Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanın İrandakı səfiri İƏT-nin yeni baş katibi ilə görüşüb
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər