Respublika Psixiatriya Xəstəxanasında yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Tədbir zamanı yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirdə fövqəladə hadisələr barədə slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanılıb.
Oxşar xəbərlər
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO
FHN Laçın və Xankəndidə tədbirlər keçirib - FOTO
Naxçıvanda yanğın-taktiki təlim keçirilib
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
