Sabri Lamuşi: "İsveç güclü hücum xəttinə sahib idi və hər bir boşluqdan maksimum istifadə etdi"
DÇ-2026-nın qrup mərhələsində Tunisi məğlub edən İsveç güclü hücum xəttinə sahibdir.
"Sizinxeber.az"un xarici mediaya istinadən məlumatına görə, bunu Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis fərdi xətalara görə cəzalandırıldıqlarını söyləyib:
"Baxın… bu, çox böyük bir məğlubiyyətdir. Buraxılan qollara və fərdi səhvlərə nəzər salsaq, bu səviyyədə fərdi xətalar etdiyiniz zaman dərhal cəzalandırılırsınız. Fəsadlar göz qabağındadır. Rəqib çox güclü hücum xəttinə sahib idi və hər bir boşluqdan maksimum istifadə etdi. İndi dərhal bu oyundan dərslər çıxarmalıyıq. Qrupda hələ iki qarşılaşmamız var və mübarizəni davam etdirmək üçün bu səhvləri təcili şəkildə aradan qaldırmalıyıq".
Qeyd edək ki, F qrupu çərçivəsində keçirilən görüşdə Tunis millisi İsveçə 1:5 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Qrem Potter: "Tunis millisinə daha çox qol vura bilərdik"
Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"
DÇ-26: İsveç Tunisi məğlub edib
Azərbaycan millisinin baş məşqçisi: Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik
Əlcəzair-Tunis sərhədində güclü zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
