Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilib
sizinxeber.az xəbər saytı

Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilib


Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə həkim-mütəxəssislərin və tibb işçilərinin qulluğa qəbulu üzrə müsabiqə elan edilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə aşağıdakı vakansiyaları əhatə edir:

  • Həkim (baza ali təhsilli)
  • Həkim-terapevt
  • Həkim-nevroloq
  • Həkim-psixiatr
  • Həkim-kardioloq
  • Həkim-infeksionist
  • Həkim-otorinolarinqoloq
  • Həkim-dermatoveneroloq
  • Həkim-cərrah
  • Həkim-anestezioloq
  • Həkim-reanimatoloq
  • Həkim-pulmonoloq
  • Həkim-oftalmoloq
  • Həkim-ginekoloq
  • Həkim-rentgenoloq və texnik
  • USM (ultrason müayinəsi) mütəxəssisi
  • Feldşer
  • Tibb bacısı/qardaşı

"Tibb baş idarəsinə qulluğa qəbul “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq müsahibə əsasında həyata keçirilir. Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali və orta tibb təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.

Namizədlər 15 iyul tarixinədək ərizə formasını dolduraraq [email protected] e-poçt ünvanına və ya kağız daşıyıcıda iş günləri və iş vaxtı ərzində Nazirliyin Tibb baş idarəsinə (ünvan: Bakı şəhəri, Akim Abbasov küçəsi 86) təqdim etməlidirlər.

Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçiriləcək. Müsahibədən uğurla keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı ilə müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılacaq.

Qeyd edək ki, vakansiyalar Tibb baş idarəsində və tabe qurumlarında rəhbər və işçi heyət üzrə vəzifələri əhatə edir.

Namizədlər ətraflı məlumat almaq üçün 012 498 17 20 nömrəli telefonla əlaqə saxlaya bilərlər", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Sertifikasiyaya cəlb edilməyəcək tibb işçilərinin siyahısı açıqlanıb
Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
Maaşlarını artımla alacaq körpələr evi işçilərinin əhatə dairəsi müəyyənləşdi
Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər