Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
sizinxeber.az xəbər saytı

Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır


Hazırda daha çox A qripi qeydə alını və bu, sporadik xarakter daşıyır.

Bunu Sizinxeber.az-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır: “Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”.

Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir: “Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”.

Oxşar xəbərlər

Nazirlik: Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ciddi artıma rast gəlinmir
Təyyar Eyvazov: Azərbaycanda epidemioloji durum qənaətbəxş hesab edilir
Səhiyyə Nazirliyi əhaliyə çağırış edib
İnfeksionist: Hazırda Azərbaycanda qripə kütləvi yoluxma halı müşahidə olunmur
Nazirlik əhalini qripə qarşı peyvənd olunmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər