Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ
sizinxeber.az xəbər saytı

Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ


Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər gücləndirilib.

Bildirilib ki, ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır. 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb.

"Hazırda ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı var, əlavə partiya alınmayacaq - RƏSMİ
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyət normaldır - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər