19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində keçirilən imtahanların nəticələri elan edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 37593 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 14 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Oxşar xəbərlər
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb
II və III qrup üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 12 nəfər qaydaları pozub
Martın 9-da keçirilimiş buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv edilib
Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlanıb, 8 nəfər qaydaları pozub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
