Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Velosiped yollarında hərəkət edən avtomobillər 100 manat cərimələnəcək.
Sizinxeber.az verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə ediləcək.
Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda Məcəlləyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.
Avtomobilin velosiped yollarında dayanma və ya durmasına görə də 100 manat cərimə tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 346.7-cı maddəyə əsasən, velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə ediləcək.
Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Oxşar xəbərlər
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Velosiped yollarında hərəkət edən avtomobillərin sürücüləri 100 manat cərimə ediləcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürücülük hüququ olmadan avtomobil idarə edilməsinə görə cərimələr artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












