Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirilib
sizinxeber.az xəbər saytı

Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçirilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçirilmiş yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslərə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə məlumatlar verilib.

Oxşar xəbərlər

Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Cəbrayılda əmək yarmarkası keçiriləcək
Xankəndidə əmək yarmarkası keçirilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər