Cəbrayılda əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarmarka noyabrın 7-də saat 10:30-dan 12:00-a kimi Cəbrayıl şəhərində, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.
Tədbirdə işaxtaran şəxslərə 5 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 125 vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
Oxşar xəbərlər
Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
