“YAŞAT" Fondu  dörd il ərzində təqribən 86,7 milyon manat vəsait xərcləyib
sizinxeber.az xəbər saytı

“YAŞAT" Fondu dörd il ərzində təqribən 86,7 milyon manat vəsait xərcləyib


“YAŞAT" Fondu tərəfindən 4 fəaliyyət istiqaməti üzrə 4 il ərzində 86 milyon 762 min 869 manat 26 qəpik vəsait xərclənib

"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, istiqamətlər müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanmasıdır.

“YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 milyon 537 min 792 manat 7 qəpik olub. Xərclənən vəsaitin həcmi 86 milyon 762 min 869 manat 26 qəpik, qalıq vəsaitin həcmi isə 4 milyon 774 min 922 manat 81 qəpik təşkil edib. Qeyd edilib ki, 4 milyondan artıq qalan vəsaitin 1 milyonu növbəti ildə təhsil istiqamətində xərclənmə üçün nəzərdə tutulub.

E.Hüseynovun sözlərinə görə, Fond ötən dörd ildə 56 sosial layihə həyata keçirib, həmin layihələrdə 25 min 27 nəfər şəxs iştirak edib.

Oxşar xəbərlər

"YAŞAT" Fondunun rəhbəri: 54 nəfərə birdəfəlik mükafat və təqaüd verilməsi nəzərdə tutulub
Naxçıvanda “DƏSTƏK” Fondunun bu ilin 9 ayı ərzində xərclədiyi vəsaitin həcmi açıqlanıb
"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib
Azərbaycanda 7 ayda dövlət xəttilə 280 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər