Naxçıvanda “DƏSTƏK” Fondunun bu ilin 9 ayı ərzində xərclədiyi vəsaitin həcmi açıqlanıb
Naxçıvan Muxtar Respublikasında (MR) “DƏSTƏK” Fondu tərəfindən bu ilin 9 ayı ərzində sərf olunan vəsaitin həcmi açıqlanıb.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 868 min 072 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 106 nəfərə 96 min 731 manat;
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 230 nəfərə 559 min 730 manat;
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 21 nəfərə 165 min 902 manat;
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 2 nəfərə 8 min 900 manat
Digər istiqamətlər üzrə - 36 min 809 manat.
Oxşar xəbərlər
Naxçıvanda cari ilin səkkiz ayı ərzində əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
Naxçıvanda bu ilin 9 ayı ərzində 1621 şəxsə əlillik təyin olunub
Bu ilin ötən dövründə MDSS üzrə ödənilən vəsaitin həcmi açıqlanıb
Son doqquz ayda 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













