"YAŞAT" Fondu 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib
"YAŞAT" Fondu 2020-2024-cü illər ərzində 340 şəhid övladını "Neftçili yay düşərgələri" layihəsinə cəlb edib.
"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "ASAN xidmət" Mərkəzində Fondun dördillik fəaliyyətinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Neftçili yay düşərgələri" layihəsində "Neftçi" futbol klubunun məşqçiləri şəhid övladlarına təlimlər keçir, onların idmana olan marağının daha da artırılmasına töhfə verirlər.
"YAŞAT" Fondu dörd il ərzində "Yay məktəbləri", "Ənənə yay düşərgəsi", "Bilimdən Zəfərə", "İdman düşərgələri" və s. layihələri uğurla başa çatdırıb.
"Yay məktəbləri" layihəsi London, Frankfurt, İstanbul, Antalyanı əhatə edir. Burada ümumi iştirakçı sayı 75 nəfərdir. "Ənənə yay düşərgəsi" 42 nəfəri, "Bilimdən Zəfərə" 326 nəfəri, "İdman düşərgələri" 76 nəfəri əhatə edir", - E.Hüseynov qeyd edib.
Fondun rəhbəri bildirib ki, bu layihələrin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü artırmaq, onlara yeni təcrübələr yaşatmaq, ölkə və yerlər haqqında məlumat verməkdir.
Oxşar xəbərlər
“YAŞAT” Fondu şəhid Şahlar Nağıyevin ailəsinə dəstək göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"YAŞAT" Fondunun rəhbəri: Azərbaycan və Türkiyə şəhid ailələri üzvlərinin qarşılıqlı səfərləri davamlı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda "YAŞAT” Fondunun “Yay düşərgəsi"nin açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












