EIA gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu yeniləyib.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edib (proqnoz dəyişməyib).
EIA-nın ehtimalına görə, 2025-ci ildə il ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
Bununla yanaşı Administrasiya 2026-cı il üçün Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qurum gələn il ölkədə qeyd olunan göstəricinin 620 min barel olacağını ehtimal edir.
Qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.
Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel təşkil edib.
Oxşar xəbərlər
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
EIA Azərbaycanda 2024-2025-ci illər üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
EIA Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
