EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir (proqnoz dəyişməyib).
Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 640 min barel).
Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.
Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.
Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel təşkil edib.
Oxşar xəbərlər
EIA Azərbaycanda 2024-2025-ci illər üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
EIA Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
