EIA Azərbaycanda 2024-2025-ci illər üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
sizinxeber.az xəbər saytı

EIA Azərbaycanda 2024-2025-ci illər üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb


ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu açıqlayıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edəcəyi ehtimal edilir ki, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.

Bununla yanaşı, EIA-nın ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 640 min barel səviyyəsində olacaq (öncəki proqnoz – 650 min barel).

Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel təşkil edib.

Oxşar xəbərlər

EIA Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər