Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
sizinxeber.az xəbər saytı

Qlobal neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ


ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.

"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,18 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,18 mln. barel azdır.

Bundan başqa, EIA gələn il qlobal gündəlik neft hasilatının 104,6 mln. barel səviyyəsində olacağını ehtimal edir, bu da öncəki proqnoz göstəricidən 0,16 mln. barel çoxdur.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,87 mln. barel olub.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. Barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.

Oxşar xəbərlər

Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA Azərbaycanda 2024-2025-ci illər üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər