Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 793 319 min manat təşkil edib, bu da illik müqayisədə 2,5% azdır.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 813 480,7 min manat səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 28 859,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,1% azdır. Nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21 681,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,34% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 101 741,9 min manat təşkil edib, bu da illik müqayisədə 11,1% azdır. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft kəmərlərində bu ilə olan itkilərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












