Növbəti iki ildə dünya bazarlarında neftin qiyməti azalacaq - PROQNOZ
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Bu barədə "APA-Economics" "ING Group"un avqust ayı üzrə proqnozuna istinadən xəbər verir.
"ING Group"un proqnozuna əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 82 dollara (öncəki proqnoz – 84 dollar), 2025-ci ildə isə 77 dollar (öncəki proqnoz – 79 dollar) təşkil edəcək.
Bundan başqa "ING Group" “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.
Oxşar xəbərlər
ING neftin qiyməti üzrə proqnozunu endirib
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib
ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu azaldıb
Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













