ABŞ qlobal neft qiymətləri üzrə proqnozunu azaldıb
ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 86,37 ABŞ dollarından 84,44 dollaradək endirib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 85,71 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 88,38 dollar).
Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 80,21 dollar (öncəki proqnoz göstərici – 82,03 dollar), 2025-ci ildə isə 81,21 dollar (öncəki proqnoz – 83,88 dollar) səviyyəsində olacaq.
Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
