Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.
“Sizinxeber.az-Economics” "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 29 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 31 avroyadək artırıb.
Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 29 avro (proqnoz dəyişməyib), 2026-cı ildə isə 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
ING neftin qiyməti üzrə proqnozunu endirib
Avropada qazın qiyməti 450 dolları ötüb
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
Avropada qaz qiymətləri bu ilin maksimumunu yeniləyib
ING bu il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













