Tacikistan maliyyə nazirinin müavini: “Regional enerji bağlantıları milli enerji təhlükəsizliyini gücləndirir”
Regional enerji bağlantıları və elektrik enerjisi ticarəti Tacikistan üçün strateji əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu Tacikistan maliyyə nazirinin birinci müavini Yusif Məcidi İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçirilən “Davamlı İnkişaf üçün Regional Enerji Bağlantıları” mövzusunda panel müzakirəsində deyib.
O bildirib ki, enerji təhlükəsizliyinin təmin edilməsi Tacikistanın 2030-cu il Milli Strategiyasında əsas hədəflərdən biri kimi müəyyən olunub:
“Tacikistan üçün milli enerji təhlükəsizliyi ilə regional bağlantılar və elektrik enerjisi ticarəti bir-birinə zidd deyil. Əksinə, onlar bir-birini tamamlayır”.
Məcidi qeyd edib ki, ölkənin əsas prioriteti əhali, sənaye və dövlət xidmətləri üçün etibarlı və əlçatan elektrik təminatıdır: “Eyni zamanda, Tacikistanın böyük hidroenerji potensialı mövcuddur. Su ehtiyatlarının yüksək olduğu dövrlərdə yaranan əlavə enerji istehsalı regional bazarlara təmiz enerji ixrac etmək üçün imkan yaradır”.
Tacikistan rəsmisi CASA-1000 layihəsinin regional əməkdaşlıq baxımından mühüm nümunə olduğunu vurğulayıb: “CASA-1000 regionun ən böyük enerji ötürmə layihələrindən biridir. Bu layihə Mərkəzi Asiya ilə Cənubi Asiyanı birləşdirir. Qırğızıstan və Tacikistanda istehsal olunan elektrik enerjisinin Əfqanıstan və Pakistan bazarlarına ötürülməsinə imkan yaradır”.
O, layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankının rolunu da qeyd edib: “İslam İnkişaf Bankına bu layihənin əsas maliyyə tərəfdaşlarından biri kimi təşəkkür edirik”.
Məcidi bildirib ki, enerji bağlantıları yalnız elektrik ticarəti ilə məhdudlaşmır: “Bu, iki böyük region – Mərkəzi Asiya və Cənubi Asiya arasında digər əməkdaşlıq sahələrinin inkişafı üçün də platformadır. Elektrik əlaqələri rəqəmsallaşma və digər sahələrdə yeni imkanlar yarada bilər”.
Onun sözlərinə görə, müxtəlif enerji mənbələrinin inteqrasiyası regionun enerji balansını gücləndirir: “Tacikistanın hidroenerji imkanları bərpa olunan enerji mənbələri əsasında inkişaf edən regional sistemlər üçün balanslaşdırıcı güc yarada bilər”.
Oxşar xəbərlər
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
Pərviz Şahbazov: Enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib
Tacikistan parlamentinin sədri: COP29 milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
FBI Ağ Evə dron hücumunun qarşısını alıb
