SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management, Inc." şirkəti arasında "midstream", "yaşıl enerji" keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
"Sizinxeber.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində şirkətin prezidenti Rövşən Nəcəf ilə "Apollo Global Management, Inc."in idarəedici direktoru Conatan Bar arasında görüşdə aparılıb.
Görüşdə "Bakı Enerji Həftəsi"nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib
SOCAR "Shell" ilə enerji sektorunun müxtəlif seqmentləri üzrə əməkdaşlığı müzakirə edib
SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
