BP və SOCAR vahid seysmik məlumat bazası yaradır
sizinxeber.az xəbər saytı

BP və SOCAR vahid seysmik məlumat bazası yaradır


BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda toplanmış bütün dəniz seysmik məlumatlarının vahid həcmdə birləşdirilməsi üzrə layihə həyata keçirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident Dən Sparks Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi Xəzərdəki mövcud məlumat boşluqlarını müəyyən etmək və gələcək kəşfiyyat işlərinin səmərəliliyini artırmaqdır: "BP və SOCAR hazırda Azərbaycanın Xəzər sektorunda mövcud olan bütün dəniz seysmik məlumatlarını bir böyük məlumat bazasında birləşdirmək üzərində işləyir. Bu, gələcək kəşfiyyat işləri üçün mühüm əsas yaradacaq. Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının sıxlığı baxımından hətta Meksika körfəzini də üstələyir. Buna baxmayaraq, bölgədə hələ də kifayət qədər öyrənilməmiş ərazilər və seysmik məlumat boşluqları mövcuddur. Yeni ehtiyatların aşkarlanması üçün əlavə seysmik məlumatların toplanması və mövcud məlumatların inteqrasiyası əsas rol oynayacaq".

Oxşar xəbərlər

Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"
"Babək" strukturunda kəşfiyyat qazması bu il başlayacaq
SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir
SOCAR Xəzərin orta hissəsində daha dərin neft-qaz laylarını araşdıracaq
TPAO “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər