Laos Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sizinxeber.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Laos Xalq Demokratik Respublikası xalqı adından və öz adımdan Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.
Son illərdə Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıqdan çox məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və yaxşı səviyyədə olan əməkdaşlıq gələcək illərdə xalqlarımızın qarşılıqlı faydası, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və inkişaf edəcək.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Thonqlun Sisulit: Laos ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan çox məmnunam
Laos Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib
Dövlət başçısı Laos Prezidentinə məktub ünvanlayıb
Paraqvay Prezidenti Azərbaycan liderini təbrik edib
Prezident İlham Əliyev Kazanda Laos Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

