SLB: Süni intellekt “Bahar” yatağının inkişaf potensialını üzə çıxara bilər
sizinxeber.az xəbər saytı

SLB: Süni intellekt “Bahar” yatağının inkişaf potensialını üzə çıxara bilər


SOCAR və SLB Azərbaycanın ən qədim yataqlarından biri olan “Bahar” yatağının yenidən işlənməsi layihəsi üzərində əməkdaşlıq edir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında SLB-nin Coğrafiyalar üzrə İcraçı Vitse-Prezidenti Steve Gassen deyib.

Onun sözlərinə görə, “Bahar” uzun istismar tarixinə malik yetkin yataqdır və onun işlənməsində müxtəlif çətinliklər mövcuddur.

S.Gassen bildirib ki, şirkət SOCAR ilə birlikdə yatağın yenidən işlənməsi imkanlarını qiymətləndirir və bu məqsədlə süni intellektə əsaslanan rəqəmsal texnologiyalardan istifadə edir.

“Biz süni intellektlə dəstəklənən geoloji modelləşdirmə və yeraltı layların təhlili həllərini tətbiq etməklə yatağın işlənməsi üçün yeni yanaşmalar hazırlayırıq. Məqsəd layihənin inkişaf potensialını üzə çıxarmaq və investisiya qərarının qəbuluna şərait yaratmaqdır”, – deyə o qeyd edib.

SLB rəsmisinin sözlərinə görə, enerji təhlükəsizliyinin təmin olunması üçün yeni və daha dayanıqlı enerji təchizat zəncirlərinin yaradılması vacibdir və bu prosesdə texnologiya ilə əməkdaşlıq əsas rol oynayır.

S.Gassen əlavə edib ki, şirkət Azərbaycanda bp ilə də əməkdaşlığı davam etdirir. Onun sözlərinə görə, AÇG yataqlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi hasilatın səmərəliliyinin artırılmasına və qazma xərclərinin optimallaşdırılmasına kömək edir.

Oxşar xəbərlər

Cio Kristofoli: bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
bp-nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər
XRG: Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək üçün müzakirələr aparırıq
Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb
bp: Yeni texnologiya “Şahdəniz”də əlavə qaz ehtiyatlarının hasilatına imkan verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər