Meksika XİN: Azərbaycan beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaşdır
sizinxeber.az xəbər saytı

Meksika XİN: Azərbaycan beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaşdır


Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado ölkəsinin Azərbaycanı beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaş kimi gördüyünü vurğulayıb.

"Sizinxeber.az" xəbər verir ki, Merkado bu barədə San Lazaro Qanunvericilik Sarayında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumata görə, tədbirdə Azərbaycanın Mexikodakı səfiri Seymur Fətəliyev və XİN başçısının müavini ilə yanaşı, Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros də iştirak edib.

Nazir müavini Azərbaycan xalqını və hökumətini Meksika XİN adından Müstəqillik Günü münasibətilə təbrik edib. O bildirib ki, əməkdaşlıq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlər artıq 30 ildən çoxdur Azərbaycanla Meksikanı birləşdirən möhkəm dostluq körpüsünə çevrilib.

D.M. Viyyeqas Quarneros isə çıxışında ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyətini xüsusi qeyd edərək bu dostluğun gələcək illərdə daha da güclənəcəyindən əmin olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib
Meksika COP29-da iştirak edəcək
Tacikistan Prezidenti: Konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik
Meksika Prezidenti Kanada Baş naziri ilə telefon danışığı aparıb
Azərbaycan rəsmiləri Meksikada səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər